...

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində müəyyən islahatlara ehtiyac var

Cəmiyyət Materials 12 Fevral 2025 10:59 (UTC +04:00)
Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində müəyyən islahatlara ehtiyac var
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlara ehtiyac var.

Trend xəbər verir ki, bu sözləri bu gün “Məktəbdənkənar təhsil: Çağırışlar və pespektivlər” mövzusunda keçirilən konfransda MÜTDA-nın direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, Agentlik tərəfindən mövcud vəziyyətin qiymətləndirilməsi çərçivəsində aparılan monitorinqlər göstərir ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlara ehtiyac var.

"Məktəbdənkənar təhsil sahəsində hüquqi və normativ bazanın yenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılması və yeni normativ sənədlərin hazırlanması istiqamətində işlər davam etdirilir" - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti