Bakı. Trend:
Xəzər dənizində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Dəniz Nəqliyyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının gəmiləri lövbər dayanacaqlarına və sığınacaqlara göndərilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ASCO-dan məlumat verilib.
Bildirilib ki, onların fəaliyyətlərinin axşam saatlarında bərpa ediləcəyi gözlənilir.