...

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 22 Mart 2025 09:58 (UTC +04:00)
Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub (FOTO)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanın Berzengi sanatorsiyasında ağacəkmə kampaniyası çərçivəsində ənənəvi “Dünya mətbəxi” müsabiqəsi keçirilib. Türkmənistanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlar iştirak edib. Azərbaycanı bu tədbirdə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi təmsil edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən bildirilib.

Məlumata əsasən, Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, qədim adət-ənənələr, dekorativ-tətbiqi sənət nümunələri və Novruzun əsas atributları sərgilənib.

Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinə böyük maraq göstərib, qonaqlara milli mətbəx nümunələri təqdim olunub.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkə rəsmiləri ilə birgə Azərbaycan stendi ilə tanış olub.

Azərbaycan Səfirliyinə tədbirdə xüsusi iştiraka görə sertifakat təqdim olunub.

Azərbaycan Səfirliyinin nümayəndələri Novruz bayramının ortaq dəyərlərindən bəhs edib, bu bayramın sülh, dostluq və birliyi simvolizə etdiyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti