Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, havanın temperaturu gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz +3 dərəcədən +8 dərəcəyədək olacaq.