...

Bu gün düşən yağıntı son 59 ilin rekord göstəricisidir

Cəmiyyət Materials 16 Aprel 2025 17:54 (UTC +04:00)
Bu gün düşən yağıntı son 59 ilin rekord göstəricisidir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

İqlim dəyişimləri fonunda belə hidrometroloji hadisələr bütün dünyada daha tez-tez müşahidə olunur.

Trend xəbər verir ki, bunu Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova ölkə ərazisində müşahidə esilən intensiv və güclü yağıntılarla əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu yağıntılar tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur.

“Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik", - deyə o qeyd edib.

Xatırladaq ki, bu il aprel ayının 16-da gecə saatlarından başlayaraq 15 saat ərzində düşən yağıntının miqdarı 57 mm olub ki, bu da ay ərzində düşən yağıntının miqdarından 2 dəfə (217%) çoxdur. Beləliklə bu hal son 59 ilin rekord göstəricisidir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti son 100 illik hidrometeoroloji statistik məlumatların təhlilinə əsaslanaraq Bakıda və Abşeron yarımadasında ən güclü yağışın 1966-cı ilin aprelin 23-də müşahidə olunduğunu açıqlayıb. Həmin gün 73,3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti