...

Bakıda kirayə yaşayan şəxslər dəm qazında boğuldu - Ölən var

Cəmiyyət Materials 29 Yanvar 2026 09:12 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda kirayə yaşayan şəxs dəm qazından boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə 28.01.2026-cı il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib.

Belə ki, həmin ünvanda yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərləniblər.

Hadisə nəticəsində Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti