...

"AZƏRBAYCANDA ÖZBƏKİSTAN GƏNCLƏRİ GÜNÜ" BAŞLAYIB

Cəmiyyət Materials 18 İyul 2005 17:41 (UTC +04:00)

İyulun 18-da "Azərbaycanda Özbəkistan gəncləri günü" start götürüb. Bu haqda Gənclər, İdman və Turizm Nazirliyi (GİTN) mətbuat xidmətinin rəhbəri Raqif Abbasov Trend ə bildirib.

Onun sözlərinə görə, bayram tədbirlərində iştirak etmək ötən gün Özbəkistandan 100-dək gəncdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

"Nümayəndə heyətinin tərkibində gənc rəssamlar, musiqiçilər, müxtəlif yaradıcılıq qabiliyyətinə malik gənclər daxildir. İyulun 18-də GİTN-in Turizm Baş İdarəsində gənclər, idman və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan özbəkistanlı gəncləri qəbul edib. Görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib",-deyə Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, günün sonunda isə "Abşeron" rəsm qalereyasında özbəkistanlı gənclərin əsərlərindən ibarət sərgi rəsm əsərlərinin nümayişi olunub.

İyulun 19-da özbəkistanlı gənclər Sumqayıt şəhərinə səfər edəcək. Nümayəndə heyətinin əvvəlcə şəhər rəhbərliyi, daha sonra isə və gənclərlə görüşü keçiriləcək.

İyulun 20-də isə özbək gəncləri Bakıda bir sıra dövlət rəsmiləri tərəfindən qəbul olunacaqlar. Bunların sırasına Milli Məclisin sədri Murtuz Ələsgərovla, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Atutalıbovla və digər rəsmi şəxslərlə görüşlər daxildir.

Həmin gün axşam isə özbək gəncləri Dövlət Filarmoniyasında geniş konsert proqramı ilə çıxış edəcəklər. Nümayəndə heyəti iyulun 21-də Özbəkistana yola düşəcək.

Xatırladaq ki,bu ilin əvvəlində analoji tədbir Daşkənddə keçirilib.

"Özbəkistanda Azərbaycan gəncləri günü"ndə iştirak edən azərbaycanlı gənclər Daşkənddə musiqi proqramı ilə çıxış etmiş, müxtəlif sərgilər keçiriblər.

Xəbər lenti

Xəbər lenti