...

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ GÜRCÜSTANIN KATALİKOS-PATRİARXINA MÜRACİƏT ETMƏYİ ZƏRURİ SAYMIR

Cəmiyyət Materials 25 Avqust 2005 14:40 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bütün Gürcüstanın katalikos-patriarxı II İlyaya Marneuli rayonunun Sadaxlı kəndinin itkin düşmüş sakini ilə bağlı müraciət etməyi zəruri hesab etmir. Bu barədə Trend ə QMİ-nin mətbuat katibi Akif Ağayev məlumat verib.

Onun sözlərinə görə, işin Gürcüstanın hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olması və təhqiqat aparılması ilə bağlı Gürcüstanın dini liderini bu işə cəlb etməyə ehtiyac yoxdur. "Əgər Gürcüstanın müvafiq orqanları bu işlə məşğul olmasa idilər, onda şeyxülislam mütləq bu işlə məşğul olardı. Hərçənd ki, belə hadisələr artıq bir neçə dəfə baş verib. Belə ki, bu yaxınlarda ermənilərə əsir düşmüş azərbaycanlı hərbi əsir Qafqaz müsəlmanlarının şeyxinin Bütün ermənilərin katalikosu II Qareginə müraciət etdikdən sonra azadlığa buraxıldı" ,- deyə A.Ağayev bildirib.

Xatırladaq ki, bu günlərdə Marneuli rayonunun Sadaxlı kəndində müəmmalı şəraitdə itkin düşmüş molla Sədrəddin Pələngovun doğmaları və yaxınları QMİ-nin sədri Allahşükür Paşazadəyə bu işin açılması üçün Bütün Gürcüstanın katalikos-patriarxı II İlyaya müracitə etməyi ondan xahiş ediblər.

Xəbər lenti

Xəbər lenti