...

FRANSIZ BƏSTƏKARI AZƏRBAYCAN TAMAŞAÇILARINA YENİ ƏSƏRLƏRİNİ TƏQDİM EDƏCƏK

Cəmiyyət Materials 23 Sentyabr 2005 15:27 (UTC +04:00)

Məşhur fransız bəstəkarı Pyer Tilua (Pierre THILLOY) öz yeni əsərlərini azərbaycanlı tamaşaçılara təqdim edəcək. Fransanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, sentyabrın 30-da Azərbaycan Dövlət filarmoniyasında keçiriləcək konsertdə bəstəkarın yeni əsərləri ilk dəfə olaraq səsləndiriləcək.

Konsert Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Konsertdə fransız dirijoru Vensan Bartanın (Iincent BARTHE) dirijorluğu ilə dövlət sifonik orkestri çıxış edəcək. Proqrama, həmçinin, Qara Qarayev və Xəyyam Mirzəzadənin əsərləri də daxil edilib.

Bu, Pyer Tiluanın Azərbaycana üçüncü səfəridir. Əməkdaşlıq çərçivəsində, həmçinin, "MEZZE" musiqili telekanal üçün sənədli film də çəkiləcək.

Xəbər lenti

Xəbər lenti