Azərbaycan alpinisti İsrafil Aşurlu 2005-ci ilin sonuna kimi Antarktidanın ən yüksək nöqtəsi olan Uinson zirvəsinə (4887) ekspedisiyada iştirak edəcək.
Respukblika Alpinistlər Klubunun rəhbəri Saridan Mursaqulovun Trend ə bildirdiyi kimi, idmançı Moskva Alpinizm Federasiyasının "Alpindustriya" firması ilə birgə həyata keçirdiyi "Yeddi zirvə" layihəsinin növbəti dəfə iştirakçılarından biri olacaq. Bu proqram çərçivəsində alpinist artıq Kilimancaro, Akokonqua, Mak-Kinli və Elbrusa çıxmağa nail olub, indi isə Antarktidaya yola düşmək niyyətindədir. S.Mursaqulov qeyd edib ki, səfər dekabrda baş tutmalıdır, buna görə də İ.Aşurlunun hazırlaşmaq üçün vaxtı var.
İ.Aşurlu "Yeddi zirvə" proqramı çərçivəsçində bütün ekspedisiyalarda iştirak edib. O, gələn il Everestə və Avstraliyanın ən yüksək nöqtəsi sayılan Kostyuşko zirvəsinə qalxmağa hazırlaşır.