...

Azərbaycanın kişilərdən ibarət həndbol yığması Challenge Trophy turnirində ikinci olub

Cəmiyyət Materials 31 Oktyabr 2005 17:47 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət həndbol yığması Dublində keçirilən Challenge Trophy turnirində Moldovaya 27:29 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

Milli Federasiyada Trend ə bildirilib ki, Hikmət Abdullayevin yetirmələri həlledici görüşdə inamlı oyun nümayiş etdirib, amma son dəqiqələrdə hakimin qeyri-obyektivliyi nəticəsində onlar məğlub olub.Hələ birinci hissədə hakimlər üç dəfə Azərbaycan yığmasının liderlərini oyundan çıxarıb. Lakin oyunçularımız inamla oyunu davam etdirərək birinci hissəni öz xeyrinə 17:14 hesabı ilə başa vurub. Oleq Georgiyevski xüsusilə parlaq oyun göstərib.O, turnirin iki mükafatını qazanıb.

Amma ikinci hissənin son dəqiqələrində Moldova yığması hakimlərin köməyilə irəli çıxıb. Azərbaycan həndbolçuları nə qədər səy etsələr də rəqibi ötə bilməiyb. Diqqətəlayiqdir ki, bu komandalavr arasında qrup turnirinin oyunu da Moldovanın xeyrinə olaraq 26:19 hesabı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti