...

Nazim Süleymanov "Çelsi"də təcrübə keçəcək

Cəmiyyət Materials 12 Dekabr 2005 17:40 (UTC +04:00)

"Xəzər"in keçmiş baş məşqçisi Nazim Süleymanov yaxın vaxtlarda Londonun "Çelsi" futbol klubunda təcrübə keçəcək.

Lənkəran klubunun mətbuat xidmətində Trend ə bildirilib ki, Avropa futbolunun qrandlarından biri barədə artıq razılaşma demək olar ki, əldə olunub. Bu, onunla bağlıdır ki, əvvəllər tanınmış olan forvard İngiltərəyə yollanacaq.Azərbaycanın ikinci çempionu da N.Süleymanovun məşqçilik ixtisasının artırılmasında maraqlı olduğunu qeyd edib. Bundan öncə məşqçi Moskvada Ali məşqçilər Məktəbini bitirib və "məşqçi" vəzifəsində iş təcrübəsinə malikdir.

Xatırladırıq ki, öncə N.Süleymanov Soçinin "Jemçujina" klubuna, sonra isə iki dəfə "Xəzər"ə məşqçilik edib.

Xəbər lenti

Xəbər lenti