...

Bütün Gürcüstanın Katalikosu-patriarxı II İliyanın Bakıya səfər proqramı açıqlanıb

Cəmiyyət Materials 19 Dekabr 2005 16:43 (UTC +04:00)

Bütün Gürcüstanın katalikosu-patriarxı II İliyanın dekabrın 20-21-də Bakıya səfər proqramı açıqlanıb. Diplomatik mənbələrdən Trend ə verilən məlumata görə, bütün gürcülərin dini lideri Bakıya dekabrın 21-də səhər saat 8:00-da Tiflisdən xüsusi reyslə gələcək.

Saat 10:00-da o, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin şeyxülislam kimi fəaliyyətinin 25 illiyi münasibtilə Bakı əyləncə mərkəzində keçiriləcək beynəlxalq konfransda, axşam isə elə həmin münasibətlə Yaxt-klubda təşkil olunacaq rəsmi qəbulda iştirak edəcək.

Dekabrın 21-də II İliyanın prezident İlham Əliyevlə görüşü keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti