Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına işə qəbul imtahanlarının ikinci turu keçirilib. Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, bu turda 37 nəfər iştirak edirdi.
İmtahan zamanı abituriyentlərə fərdi tapşırıqlar verilib. Onların nəticələri TQDK-ya dekabrın 23-də təqdim olumalıdır. Ümumiyyətlə, qəbul imtahanlarında iştirak etmiş 318 nəfərin yalnız 37-si ikinci tura çıxıb. Onlar Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Ukrayna və digər ölkələrin məzunlarıdır.
Qeyd edək ki, imtahanlar "Dövlət qulluğu haqqında" Qanuna əsasən keçirilir.