...

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda saxlanılan kürd əsilli jurnalist Elif Pelitlə bağlı yekun qərarını yaxın aylarda bildirəcək

Cəmiyyət Materials 2 Mart 2006 17:10 (UTC +04:00)

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda saxlanılan kürd əsilli jurnalist Elif Pelitin Türkiyə Respublikasına verilib-verilməməsi ilə bağlı yekun qərarını yaxın aylarda bildirəcək. Bu barədə Trend ə BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Mahir Səfərli məlumat verib.

Qeyd edək ki, Türkiyədən Naxçıvana qanunsuz keçməkdə təqsirləndirilərək həbs edilmiş və məhkəmə qərarı ilə cərimələndikdən sonra azadlığa buraxılmış E.Pelit ikinci dəfə Türkiyə Respublikasının Azərbaycana müraciəti əsasında həbs edilib. Belə ki, Türkiyə E.Pelitin PKK üzvü olduğuna görə barəsində beynəlxalq axtarış elan edildiyini bildirməklə yanaşı onun həmin ökləyə ekstradisiya olunmasını xahiş etmişdi.

Bu müraciətə əsasən Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi E.Pelitin Türkiyə Respublikasına verilməsinə dair qərar çıxarsa da E.Pelitin vəkili qərarla razılaşmayaraq BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə müraciət edib. Vəkil müraciətini bununla əsaslandırıb ki, E.Pelit Türkiyə vətəndaşı olsa da, Almaniya Federativ Respublikası ona qaçqın statusu verib. Bu səbəbdən də E.Pelitin Türkiyə tərəfindən tələb olunması beynəlxalq konvensiyalara ziddir.

Xəbər lenti

Xəbər lenti