...

II qurultayın iştirakçılarının Fəxri Xiyabanı və Şəxidlər xiyabanını ziyarəti davam edib

Cəmiyyət Materials 15 Mart 2006 16:00 (UTC +04:00)

Dünya azərbaycanlıların ikinci qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və xarici qonaqların digər bir qismi martıın 15-də saat 14.00-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Trend xəbər verir ki, qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, onun xatirəsini yad ediblər.

Sonra onlar Şəhidlər xiyabanına yola düşüblər. Azərbaycnın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin məzarları önünə gül dəstələri qoyub, onların xatirəsini yad ediblər. Qeyd edək ki, bu ziyarətdə əsasən Orta Asiya ölkələrindən gəlmiş qonaqlar iştirak ediblər.Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstandan gəlmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, həmçinin bu ölkələrin rəsmi şəxsləri ziyarətlərdən sonra Azərbaycanın KİV nümayəndələri ilə söhbətlər aparıb, müsahibələr veriblər.

Qeyd edək ki, martın 16-da keçiriləcək Dünya azərbaycanlıların II qurultayı başdamazdan əvvəl, səhər saatlarda toplum şəklində Şəhidlər xiyabanı və Fəxri xiyaban ziyarət olunacaq.

Qeyd edək ki, bu gün saat 10.00-da da bır qrup qurultay iştirakçısı Fəxri xiyabanı ziyarət etmişdi.

Xəbər lenti

Xəbər lenti