...

Azərbaycan cudoçuları Tallində keçiriləcək turnirdə çıxış edəcək

Cəmiyyət Materials 16 Mart 2006 20:50 (UTC +04:00)

Qadınlardan ibarət cudo komandası martın 18-də Tallində başlayacaq beynəlxalq turnirdə çıxış edəcək.

Komandanın məşqçisi İbadulla Şabanov Trend ə bildirib ki, kollektivin tərkibinə gənclər arasında Avropa birinciliyinin qalibi Kifayət Qasımova və Ramilə Yusubova (hər ikisi 57 kq), Nigar Cabbarova (52 kq) və Sona Əhmədli (63 kq) daxildir. Son iki idmançı bu yaxınlarda Norveçdə keçirilmiş birgə toplanışlarda iştirak edib və Skandinaviya ölkələrindən olan rəqibləri ilə bir sıra sparrinqlər keçirib. İ.Şabanov qeyd edib ki, Estoniyaya səfər yarışın yüksək statusu nəzərə alınaraq mövsümdə cudoçuların ilk ciddi çınağı olacaq.

Onun sözlərinə görə, komanda Tallində yüksək yerlər uğrunda mübarizə aparmağa qadirdir.

Xəbər lenti

Xəbər lenti