...

Azərbaycanın paralimpiya yığması atletika üzrə Ümumdünya Oyunlarında altı medal qazanıb

Cəmiyyət Materials 28 Mart 2006 12:55 (UTC +04:00)

Azərbaycanın paralimpiya yığması İsveçdə başa çatmış atletika üzrə Ümumdünya Oyunlarında altı medal qazanıb.

Trend bildirir ki, fəxri kürsünün ən yüksək pilləsinə Aleksandr Polişuk qalxıb. O, altmış metrə qaçışda ən yxşı nəticə göstərib. Uzunluğa tullanmada Oleq Panyutin qızıl medal qazanıb, Vladimir Zayats isə üçqat tullanmada rəqabət apara bilməyib. Bununla o, dərhal iki mərhələdə çıxış edərək uzunluğa tullanmada ikinci yeri tutub. Həmin proqramda Zinəddin Bilalov "gümüş" mükafat qazanıb, altmış metrə qaçışda isə Elçin Muradov mükafatçılar üçlüyünü tamamlayıb.

İsveçə səfər Pekində keçiriləcək Paralimpiadanın lisenziyalı turnirlərinə hazırlıq üçün mühüm mərhələ olub.

Xəbər lenti

Xəbər lenti