...

Elşən İsmayılov: "Azərbaycanın voleybol yığmasının reytinqi Olimpiadaya vəsiqə uğrunda mübarizəyə imkan verir"

Cəmiyyət Materials 31 Mart 2006 12:51 (UTC +04:00)

"Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığmasının reytinqi komandaya Olimpiadaya vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq şansı verir". Bu barədə Trend ə Milli Federasiyanın baş katibi Elşən İsmayılov komandanın oyunlarda iştirak imkanlarını şərh edərkən bildirib.

O qeyd edib ki, indiki təsnifatda Faiq Qarayevin yetirmələri 19-cu yerdədir və oyunlara vəsiqə əldə edə bilər. Sonuncu reytinqlə müqayisədə kollektiv 7 pillə yüksəlib.

E.İsmayılov vurğulayıb ki, azərbaycanlı voleybolçuların Qran-Pri turniri mərhələlərində və payızda Yaponiyada keçiriləcək Dünya Çempionatında ballarının sayını artırmaq üçün gözəl şansı olacaq.

Xəbər lenti

Xəbər lenti