"2006-cı ildə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul planına dəyişikliklər edilə bilər". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu, müəssisələrin özündən asılı olacaq. Hazırda bir çox müəssisə rəhbərlikləri öz universitetlərində mütəxəssislərin hazırlandığı bu və ya digər ixtisasa olan tələbatı öyrənir. Belə ki, ölkənin Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bu il Tibb Universitetinin fakultələrinə qəbul planı bir qədər azadıla bilər. M.Abbaszadə onu da qeyd edib ki, TQDK magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər etməyi planlaşdırır.