...

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı daha bir vəkil barədə qərar çıxarılıb

Cəmiyyət Materials 7 Aprel 2006 17:27 (UTC +04:00)

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilməsi ilə bağlı daha bir vəkil barədə qərar çıxarılıb. Bu barədə Trend ə Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verilib.

F.Nəcəfov bildirib ki, vəkil Eldar Qurbanov barədə Vəkillər Kollegiyasına çoxsaylı şikayətlər daxil olub və həmin vəkilin fəaliyyəti araşdırılıb. "Onun barəsində Kollegiyaya daxil olmuş çoxsaylı şikayətlər əsasında VK-nın 5 rəyi olub. Bu şikayətlər həm vətəndaşlardan, həm də məhkəmələrdən daxil olub. Şikayətlərdə, əsasən, vəkilin məhkəmə iclaslarının işini pozması, vətəndaşları süründürməçiliyə məruz qoyması göstərilib. VK Rəyasət heyəti vəkili dəfələrlə xəbərdarlıq edib. Bu xəbərdarlıqlardan müsbət nəticə əldə olunmadığına görə qərara alınıb ki, Eldar Qurbanov vəkillikdən xaric edilsin" - deyə F.Nəcəfov bildirib.

F.Nəcəfov onu da qeyd edib ki, VK Eldar Qurbanovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair qərarı məhkəməyə təqdim edəcək və qərarın məhkəmə qaydasında təsdiqlənməsi ilə bağlı iddia qaldıracaq.

Xəbər lenti

Xəbər lenti