...

Ekologiya Nazirliyi Beynəlxalq Torpaq Günü çərçivəsində işlər həyata keçirir

Cəmiyyət Materials 14 Aprel 2006 15:48 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 22-də dünyanın bir çox ölkələrində qeyd edilən Beynəlxalq Torpaq Günü çərçivəsində işlər həyata keçirir.

Nazirlikdən Trend ə verilən məlumata görə, bu məqsədlə aprelin 15-dən başlayaraq, yaşıllaşdırma üzrə işlər həyata keçiriləcək, Azərbaycanın bütün şəhər və regionlarında iməciliklər elan olunacaq.

Nazirlikdən verilən məlumata görə, ilk tədbir aprelin 15-də ekologiya naziri Hüseyn Bağırovun iştirakı ilə Şamaxı rayonunun Cəngi kəndində 10 min ağacın əkilməsi olacaq. Burada sahəsi 3 hektar sahədə meşənin salınması həyata keçiriləcək.

Analoji tədbir aprelin 16-da Nərimanov rayonunun Dədə Qorqud parkında həyata keçiriləcək.

Dövlət strukturundan bildirilib ki, bu iməciliklərdə bütün arzu edən şəxslər iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti