...

Dünya şöhrətli violonçel ustası Yo-Yo Ma Bakıya gələcək

Cəmiyyət Materials 15 May 2006 19:27 (UTC +04:00)

Dünya şöhrətli violonçel ifaçısı Yo-Yo Ma və "İpək yolu" ansamblı bu həftə Bakıya səfər edəcək. Trend in verdiyi məlumata görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

ABŞ səfirliyi məmnuniyyətlə bildirir ki, dünya şöhrətli violençel ifaçısı Yo-Yo Ma və İpək Yolu ansamblı bu həftə Bakıda muğam ifaçısı Alim Qasımov və digər istedadlı Azərbaycan musiqiçiləri ilə birgə master-klasslar keçirəcək, mayın 17-i saat 16:00-da Bakı Musiqi Akademiyasında qısa təqdimat keçirəcək və mayın 19-u saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək. 19 may konserti üçün məhdud sayda bileti mayın 16-dan etibarən Müasir Musiqi Təşəbbüs Mərkəzindən almaq olar - SoNoR ansamblı tel:050 317 8255 və ya 050 344 3325, [email protected] və ya [email protected]. Bilet satışından əldə olunan gəlir gələcək müsiqi proqramının maliyyələşdirilməsinə kömək məqsədilə SoNoRa veriləcək.

"İpək Yolu" layihəsi qeyri-mənfəətli incənət təşkilatıdır. Əsası 1998-ci ildə violençel ifaçısı Yo-Yo Ma tərəfindən qoyulmuşdur. Bədii rejissoru Yo-Yo Ma, icraçı direktoru Lora Friddir. Layihə institutlar, sənətkarlar və auditoriyalar arasında icma hissi və əməkdaşlıq, qədim İpək Yolunu səciyyələndirən mədəniyyətlərarası sənətkar təxəyyülünü yaymağa xidmt edir.

Yo-Yo Ma və "İpək Yolu" layihəsinin səfəri ABŞ Dövlət Departamenti və ABŞ səfirliyinin sponsorluğu ilə həyata keçirilir. Ford Motor Şirkəti İpək Yolu ləyihəsinin qlobal partnyorudur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Old Mill Cafe, Hyatt Bakı mehmanxansı, Mayk Humani, Vahid Kuros və Oxus Energy da "İpək Yolu" ansamblının Bakı proqramının gerçəkləşməsinə dəstək göstərmişlər.

Xəbər lenti

Xəbər lenti