...

Zeynəb Cavadlı Portuqaliyada iki medal qazanıb

Cəmiyyət Materials 19 İyun 2006 17:05 (UTC +04:00)

Azərbaycanlı gimnast Zeynəb Cavadlı Espinoda (Portuqaliya) keçirilmiş beynəlxalq turnirdə iki medal qazanıb. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Bakı Gimnastika Məktəbinin yetirməsi çənbərlə çıxışı üzrə 2-ci, iplə ifada isə 3-cü yerə layiq görülüb.

O, çoxnövçülük üzrə 79.33 bal toplayaraq 4-cü olub. Rusiyalı gimnastlar isə bütün növlər üzrə qələbə qazanıb.

"Tamaşaçılar Zeynəbi yaxşı qarşılayıb və o, haqlı olaraq iki dəfə podiuma çıxıb", - deyə məşqçi N.Qasımova bildirib. "Doğrudur, gimnastımın proqramında lent hələ də zəif bənd olaraq qalır. Buna görə də işləyəcəyik",- deyə o vurğulayıb.

Qeyd edək ki, iyunun 23-24-də İrkutskda bədii gimnastika üzrə dünya kuboku mərhələsində milli komandanın liderləri Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti