...

AFFA legionerlərin sayına qoyulan məhdudiyyəti yumşaltmaq niyyətində deyil

Cəmiyyət Materials 23 İyun 2006 15:40 (UTC +04:00)

AFFA legionerlərin sayına qoyulan məhdudiyyət məsələsində Ali Liqa klublarının fikrilə hərəkət etmək niyyətində deyil.

Yarışların Keçirilməsi Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə bildirdiyinə görə, gələn oyundan başlayaraq bir klubun tərkibində meydançaya 3 -dən çox legionerin çıxmaması barədə Assosiasiya Konfransının qəbul etdiyi qərar qüvvəyə minəcək. "Bir sıra komandalar gələcək milli çempionatın konturlarına dair müzakirələr zamanı güzəştə getməyi xahiş edib, lakin bu mümkün deyil. AFFA qərar qəbul edib və bu məsələyə qayıtmağın mənası yoxdur" - deyə M.Həsənov qeyd edib.

Qeyd edək ki, ötən mövsümdə komandada eyni zamanda 5 legioner oynaya bilərdi və buna görə AFFA Konfrasının qərarı bir sıra komandaların narazılığına səbəb olub.

Xəbər lenti

Xəbər lenti