Sentyabrın 28-i-oktyabrın 1-də Bakıda MDB ölkələrinin onkoloqları və radioloqlarının II qurultayı keçiriləcək. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.
Qurultayın gündəliyi Birlik dövlətlərinin Səhiyyə Nazirliklərinin ekspertləri ilə razılaşdırılacaq. Gündəliyə bu sahədə ən aktual problemlərin daxil ediləcəyi gözlənilir. Qurultay iştirakçıları gələcək qarşılıqlı fəaliyyət məsələlərini, informasiya və yeni texnologiyalar mübadiləsi imkanlarını müzakirə edəcək.