İyulun 22-də İsveçin Stokholm şəhərinin "Sergelstorğ" meydanında ermənilər tərəfindən Ağdamın işğal edilməsinin 13-cü ildönümü ilə bağlı keçirilən aksiyada yəhudilər də iştirak edəcək. Bu barədə Trend ə Azərbaycan Yolu Siyasi Hərəkatının İsveçrədəki nümayəndəsi Yaşar Göytürk bildirib.
Y.Göytürk qeyd edib ki, "Ya Qarabağ, ya ölüm!" şüarı altında keçiriləcək aksiyada 200-dən çox Azərbaycan türkü iştirak edəcək: "Aksiyanın bəyanatı İsveçin parlamentinə təqdim ediləcək. Hazırda Ağdamın 6 kəndinin ermənilər tərəfindən yandırılması faktının ATƏT sədrinin xüsusi nümayəndəsinin hazırladığı hesabatda öz əksini tapması da təqdim edəcəyimiz bəyanata salınıb".
Y.Göytürk onu da əlavə edib ki, aksiyada İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri də qatılacaq: "Ötən aksiyalarımızda İsveçdə yaşayan yəhudilər də bizə dəstək olmuşdular. Bu dəfə də onların iştirakı gözlənilir". Y.Göytürk onu da vurğulayıb ki, aksiya icazəli keçiriləcək.
Qeyd edək ki, aksiya Bakı vaxtilə saat 15.00-dan 16.00-dək keçiriləcək. Həmin gün Norveç, iyulun 22-də isə Ukraynada aksiyalar planlaşdırılıb.