...

Stokholmda Ağdamın işğalının ildönümü ilə əlaqədar aksiya keçirilib

Cəmiyyət Materials 24 İyul 2006 12:19 (UTC +04:00)

Ağdam şəhərinin ermənilər tərəfindən işğalının 13-cü ildönümü ilə əlaqədar iyulun 22-də İsveçin paytaxtı Stokholmda azərbaycanlıların etiraz aksiyası keçirilib. Bu barədə Trend ə Stokholmda yaşayan azərbaycanlıların etiraz aksiyası komitəsindən məlumat verilib.

Komitənin təşkil etdiyi mitinqdə erməni işğalını, azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və plakatlar nümayiş etdirilib. Aksiyada çıxış edən soydaşlarımız erməni işğalından danışaraq bu təcavüzə son qoyulmasını, Ermənistanın öz qoşunlarını torpaqlarımızdan çıxarmasını, işğalın nəticələrinin aradan qaldırılmasını tələb ediblər. Aksiyanın 4 dilə tərcümə olunan qətnaməsi oxunub. Azərbaycan, ingilis, rus və isveç dillərində olan qətnamədə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mərkəzində yerləşən Ağdamın işğalı barədə məlumat verilir, işğal nəticəsində rayona dəymiş maddi ziyan, yüzlərlə sakinin qətlə yetirilməsi haqda danışılır. Ağdam sakinlərinin Azərbaycanın 48 bölgəsində ağır şəraitdə məcburi köçkün həyatı yaşadığı qeyd olunur, beynəlxalq təşkilatlar, o cümlədən İsveç dövləti erməni terroru və işğalı ilə mübarizədə Azərbaycana dəstək olmağa, 1,2 milyon azərbaycanlının işğal olunmuş torpaqlarına qayıtmasına köməklik göstərməyə çağırılır.

Xəbər lenti

Xəbər lenti