...

"Qarabağ" futbol klubu ölkə çempionatına bir həftə gec başlayacaq

Cəmiyyət Materials 2 Avqust 2006 17:43 (UTC +04:00)

"Qarabağ" futbol klubu Azərbaycan çempionatının birinci turunun oyununu ötürəcək və birinciliyə avqustun 10-da "Şahdağ"a qarşı oyunla başlayacaq.

Trend in xəbər verdiyi kimi, UEFA Kubokunun ikinci raundu çərçivəsində "Slaviya" klubuna qarşı iki raundlu qarşılaşmaya hazırlaşan "Karvan"la olan görüş başqa vaxta keçirildiyindən, ağdamlılar birinciliyə bir həftə gec başlayacaq. Komandanın baş məşqçisi Böyükağa Ağayev hesab edir ki, UEFA Kubokunda "Zimbru" komandasına məğlub olduqdan sonra klubdakı psixoloji atmosferin hələ indi düzəlməyə başladığını nəzərə alaraq, məcburi istirahət onun yetirmələrinin xeyrinə olacaq. "Avropa Kubokundan çıxdıqdan sonra biz milli çempionatda uğurla çıxış etmək istəyirik. Ona görə də klub bütün qüvvəsini ölkə birinciliyi uğrunda mübarizəyə yönəldəcək", - deyə B.Ağayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti