...

MQİBİ-nin 24 nəfərlik əməkdaşının məhkəməsinə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 10 Avqust 2006 18:35 (UTC +04:00)

Avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) 24 keçmiş əməkdaşının məhkəməsinə hazırlıq iclası keçirilib. Trend xəbər verir ki, bu cinayət işi üzrə materiallar hakim Eynulla Vəliyevin icraatındadır.

Məhkəmə qarşısında dayananlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilənlərin əksəriyyəti MQİBİ-nin şöbə rəisləridir. Onların arasında MQİBİ-nin keçmiş rəisi Aydın Qasımovun müavini işləmiş Gülməmməd Məmmədov və Cavanşir Cabbarov da var.

Hazırlıq iclasında məhkəmə baxışı ilə əlaqədar kargüzarlıq məsələləri müzakirə olunduqdan sonra hakim məhkəmə baxışını avqustun 23-nə təyin edib.

Əgər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş mənimsəmə və digər cinayət əməlləri ilə bağlı ittihamlar məhkəmə yolu ilə sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti