...

Ekologiya Nazirliyi Şamaxıda meşə yanğınının qarşısını almağa çalışır

Cəmiyyət Materials 14 Avqust 2006 21:00 (UTC +04:00)

Respublikanın ərazisində havaların çox isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıqların ərazilərində yanğın baş verməsi təhlükəsi artıb. Şamaxı meşələrində, demək olar ki, hər gün yanğın baş verir. Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, məhz yanğın hadisələrinin səbəbkarları barəsində müvafiq cəza tədbirlərinin tətbiq olunmaması üzündən bu gün növbəti yanğın baş verib. Yanğın Kalva kəndi ərazisində kənd təsərrüfatı torpaqlarında başlayib və nazirliyin yerli Meşə Mühafizə Xidməti tərəfindən gördüyü qabaqlayıcı tədbirlərə baxmayaraq, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisindəki meşə fondu sahəsinə keçib.

Yanğının qarşısının alınmasına hər iki rayonun meşə mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları cəlb olunaraq müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, nazirlik avqustun 10-da Ceyranbatan gölü yaxınlığında 0,02 hektarlıq ərazidə söndürülməmiş siqaret kötüyünün atılması nəticəsində yaranmış yanğının qarşısını alıb. Nəticədə gölün ətrafında sanitar-müdafiə zolağını təşkil edən qiymətli meşə və bitkilərin məhv edilməsinin qarşısı alınıb.

Hazırda Ekologiya Nazirliyinin mərkəzi və yerli qurumları yanğınların qarşısını almaq məqsədilə növbəli rejim yaradıb və meşələr ətrafındankı ərazilərin minerallaşdırılması üçün müvafiq tədbilər görülür.

Xəbər lenti

Xəbər lenti