...

Gəncədə yeni tibb mərkəzi açılır

Cəmiyyət Materials 12 Sentyabr 2006 13:00 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə sentyabrın 12-də Gəncədə İlkin Səhiyyə üzrə yeni Təlim Mərkəzinin açılışı olacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Mərkəz ailə və icma üçün nəzərdə tutulub və ilkin səhiyyə səviyyəsində müalicə və profilaktika xidmətlərinin birləşdirilməsi üçün baza olacaq. Mərkəz Amerika Beynəlxalq Səhiyyə Birliyi (AİHA), Gəncə şəhər Səhiyyə İdarəsi (Gəncə, Azərbaycan) ilə IalleyCare Səhiyyə Sistemi və Alameda Dairəsi İctimai Səhiyyə Departamenti (Livermor, Kaliforniya) arasında əlaqələrin yaradılmasına əsaslanan partnyorluq proqramı çərçivəsində təsis edilib.

Qeyd edək ki, Gəncə/Livermor tərəfdaşlığı Qafqaz bölgəsində həyata keçirilən Səhiyyə Partnyorluqları üzrə böyük layihənin bir hissəsidir və bu münasibətlərin əsası 2004-cü ildə qoyulub.

Xəbər lenti

Xəbər lenti