...

Qafqaz Strateji Tədqiqatlar İnstitutu Qafqaz və Mərkəzi Avrasiyaya dair elmi nəşrlər hazırlayıb

Cəmiyyət Materials 13 Sentyabr 2006 12:47 (UTC +04:00)

Qafqaz Strateji Tədqiqatlar İnstitutu "The Caucasus & Globalization" adlı elmi məcmuə və "Central Eurasiya - 2005" Analitik icmal toplusu hazırlayaraq çap etdirib. Bu barədə Trend ə Qafqaz Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılov məlumat verib.

Sentyabrın 15-də "Hyatt Recensy" otelinin "Quba" zalında "The Caucasus & Globalization" elmi məcmuəsinin ilk cildinin və "Central Eurasiya - 2005" Analitik icmalının təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində elmi məcmuənin baş redaktoru professor Nazim İmanov (Azərbaycan), "Central Asia and the Caucasus" jurnalının baş redaktoru Murad Esenov (İsveç), Beynəlxalq və Strateji Araşdırmalar fondunun aparıcı elmi işçisi professor Vladimer Papava (Gürcüstan), C.Hopkins adına Universitetin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, professor Frederik Star (ABŞ) çıxış edəcəklər.

Qeyd edək ki, adıçəkilən şəxslər elmi məcmuə və Analitik icmalın redaksiya heyətinin üzvləridir.

Xəbər lenti

Xəbər lenti