...

Hacı Məmmədovun məhkəmə işində 10 günlük fasilə elan edilib

Cəmiyyət Materials 15 Sentyabr 2006 17:46 (UTC +04:00)

Sentyabrın 15-də Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərlik bandanın işi üzrə məhkəmə işində 10 günlük fasilə elan edilib. Trend xəbər verir ki, Hacı Məmmədov və bandasının məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Əvvəlcə təqsirləndirilən Fərhad Məmmədovbəyov prokurorlar Bəşir Cəfərov və Abdulla Yusifovun süallarını cavablandırıb. Prokurorların suallarına cavab olaraq F.Məmmədbəyov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılovun qətli epizoduna aydınlıq gətirərək bildirib ki, o, Hacı Məmmədovun göstərişi ilə "Ramstor" mağazasının qarşısına gedib. Orada A.İsmayılov onun maşınına əyləşib. Onlar birlikdə Nailə Quliyevaya məxsus evə gəliblər. "Mən Azəri Hacıyla görüşdürəndən sonra çıxıb Qusara getdim. Sabahı gün eşitdim ki, Hacı Azəri qətlə yetirmək üçün çağırıbmış" - deyə F.Məmmədbəyov söyləyib.

Sonra F.Məmmədbəyov digər epizodlarla bağlı sualları da cavablandırıb.

Hakim Əli Seyfəliyev məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, Respublika Baş Prokurorluğu məhkəməyə məktub ünvanlayaraq Hacı Məmmədovun, Musa Dabuyevin, Nizami Abdullayevin, Fərhad Məmmədbəyovun, Aslan Çintamirovun və Malik Məmmədovun "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaqda dindirilməsi ilə əlaqədar olaraq məhkəmənin işinə fasilə verilməsini xahiş edib. Məhkəmə heyəti Baş Prokurorluğun müraciətinə münasibət bildirdikdən sonra hakim məhkəmə iclasının sentyabrın 25-də davam etdiriləcəyini elan edib.

Xəbər lenti

Xəbər lenti