...

Türkiyənin İzmit şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi" cəmiyyətinin sədri Bakıda səfərdədir

Cəmiyyət Materials 10 Oktyabr 2006 18:00 (UTC +04:00)

Türkiyənin İzmit şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi" cəmiyyətinin sədri Bilal Dündar Azərbaycanda səfərdədir. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan əsilli Türkiyə vətəndaşı olan Bilal Dündar Bakıda olduğu müddətdə bir sıra görüşlər keçirib. Xarici Ölkələrdə Yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində görüş keçirən B.Dündar mətbuat nümaynədələri ilə də söhbətlər ararıb, rəhbərlik etdiyi Azərbacyan cəmiyyəti barədə məlumat verib.

Qonağın Azərbaycana səfəri sabah baş çatacaq.

Xəbər lenti

Xəbər lenti