...

Azərbaycanın cüdo liderləri Budapeştdə keçiriləcək çempionlar Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 20 Oktyabr 2006 13:09 (UTC +04:00)

Azərbaycanın aparıcı cüdoçuları oktyabrın 21-də Budapeştdə başlayacaq Avropa çempionları kubokunda iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, üçqat Avropa çempionu Elçin İsmayılov Sankt-Peterburqun "Yavara-Neva" klubunun şərəfini qoruyacaq. Klub yarımfinalda Gürcüstanın "Saqareco" klubu ilə qarşılaşmalıdır. Elçinin komanda yoldaşları arasında Rusiyanın aparıcı idmançılarından biri, Sidney Olimpiadasının bürünc mükafatçısı Tamerlan Tmenov da var.

Eyni zamanda Mehman Əzizov (81 kq), gənclər arasında dünya birinciliyinin qalibi Nicat Şıxəlizadə (60 kq) və Avropa çempionu Elnur Məmmədli (73 kq) yarımfinal görüşündə Almaniyanın "Abensberqa" klubu ilə qarşılaşacaq "İstanbul" klubuna kömək etməlidir.

Xəbər lenti

Xəbər lenti