Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Həvəskar Boks üzrə Beynəlxalq Assosiasiyanın (AİBA) baş katibi postuna əsas namizəddir. AİBA-nın konqresi noyabrda Dominikan Respbulikasında keçiriləcək.
Avropa Assosiasiyasının prezidenti Eduard Husainovun (EABA) Trend ə verdiyi məlumata görə, A.Əbiyevin seçkilərdə qalib gələcəyi şəxsən onda şübhə doğurmur. "O, əsl boks professorudur və bu məsuliyyətli vəzifəni tutmağa layiqdir. AİBA ixtisaslı mütəxəssislərə ehtiyac duyur və sözsüz ki, A.Əbiyev belələrindədir", - deyə E.Husainov vurğulayıb.
Qeyd etmək lazımdır ki, hazırda təşkilatın baş katibi postunu türk Kaner Doğaneli tutur. AİBA-nın bir çox üzvləri ona qarşı etimadsızlıq rəyi bildirib.