Azərbaycanın qadınlardan ibarət voleybol yığması Yaponiyada keçirilən Dünya çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiyaya 1:3 hesabı ilə məğlub oldu.
Trend xəbər verir ki, birinci partiya Afina Olimpiadası finalçılarının üstünlüyü ilə keçdi, bu zaman Faiq Qarayevin yetirmələri onlarla mübarizə apara bilmədilər. Nəticədə birinci setdə rusiyalılar altı xal üstünlüklə (25:19) qalib gəldilər, lakin fasilədən sonra yerli voleybolçularımız daha inamla oynadılar. Oyun vaxtının ikinci hissəsinin başlanğıcında onlar üç top irəli çıxa bildilər, lakin rəqib qarşılaşmanın gedişatını dəyişə bildi və 25:21 hesabı ilə qalib gəldi.
Buna baxmayaraq, üçüncü partiyada azərbaycanlı idmançılar öz ustalıqlarını nümayiş etdirdilər, Natalya Məmmədovanın dəqiq zərbələri və Yelena Şabovtanın bacarıqlı oyunu irəli çıxmağa və 25:19 hesabı ilə qalib gəlməyə imkan verdi. Lakin parlaq oyunun davamı olmadı və dördüncü setdə rusiyalılar sonda rəqibi sıxışdıraraq, qalib gələ bildilər - 25:20.