...

Gəncənin "Kəpəz" futbol klubu fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 10 Noyabr 2006 14:38 (UTC +04:00)

Kəpəz futbol klubu fəaliyyətini tamamiylə dayandırıb. Bu haqda məlumatı Trendin Qərb Bürosuna komandanın baş məşqçisi Mehman Allahverdiyev verib.

O bildirib ki, klubun saxlanılması üçün çox çalışsa da, nəticəsi olmayıb. "Ölkə başçısı Gəncədəki Gil Toraq Kombinatına kluba maliyyə köməyi göstərilməsi barədə göstəriş də verdi. Amma heç kəs bizə sponsorluq etmədi" - deyən Allahverdiyev əlavə etdi ki, artıq klubun futbolçularından bir neçəsi ayrı-ayrı klublara keçib. Əksəriyyəti isə həvəskarlar liqasında oynamağa məcbur olub.

Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mövsüm Hüseynov isə Trendə bildirdi ki, prezidentin göstərişindən sonra Gil Torpaq Kombinatından bir neçə nəfər gələrək kluba baxış keçirib və obyektin fotolarını çəkib. "Gələnlər bildirdilər ki, onlara göstəriş verilərsə, sponsorluq etməyə hazırdırlar. Lakin sonradan onları tapa bilmədik" - deyən M.Hüsenov qeyd etdi ki, respublikanın ikinci böyük şəhəri olan Gəncənin futbol komandasının olmaması onları da narahat edir.

Xəbər lenti

Xəbər lenti