...

Mətbuat Şurasının sədri beynəlxalq konfransda iştirak üçün Dehliyə gedəcək

Cəmiyyət Materials 11 Noyabr 2006 13:41 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Hindistanda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Dehliyə gedəcək. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Qeyd edək ki, noyabrın 16-17-də Hindistanın paytaxtı Dehlidə "Qloballaşma dövründə jurnalistika, etika və cəmiyyət" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Hindistan Mətbuat Şurasının yaradılmasının 40-cı ildönümünə həsr olunan bu tədbirə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da dəvət edilib.

Xəbər lenti

Xəbər lenti