Dünya və türk estrada ulduzu Tarkanın Heydər Əliyev adına sarayda konsert proqramı verməsinə çoxdan razılıq verilib. Bununla belə, hər dəfə o, Tofiq Bəhramov adına stadionda çıxış edir. Bundan başqa əgər onun ilk gəlişi güclü eyfariya yaratmışdısa, Tarkanın ikinci konsertində tamaşaçı buna nə isə təbii bir şey kimi reaksiya verib.
Sarayda iştirak etmək üçün Tarkana böyük rəqs meydanı lazımdır (Sarayın səhnəsi ona kifayət etmir). Və konsert təşkilatçıları Sarayın rəhbərliyinə onun çıxışı üçün ilk bir neçə sıranı yığmağı təklif ediblər. Təbii ki buna heç kim razı olmayıb. Bununla belə, bu yaxınlarda Tarkanın axır ki, Heydər Əliyev adına sarayda konsert verəcəyi haqqında məlumat yayılıb. Lakin, Trend -in verdiyi xəbərə görə, sarayın mətbuat xidməti bu məlumatı hələ təstiqləmir. Maraqlıdır, görəsən, bu konsertin biletləri neçəyə olacaq? Heç kimə sirr deyil ki, onun qonorarları çox yüksəkdir. Növbəti çıxışı da əlbəttə xeyriyyəçilirk adlandırmaq olmaz.