...

Teleradio Şurasının sədri: "Azərbaycandakı yerli telekanallarda 5 xarici televiziya, 4 xarici radiostansiya yayımlanır"

Cəmiyyət Materials 11 Dekabr 2006 18:41 (UTC +04:00)

Azərbaycandakı yerli telekanallarda 5 xarici televiziya, 4 xarici radiostansiya yayımlanır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə dekabrın 11-də mətbuat konfransı keçirən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

O qeyd edib ki, dünya təcrüəsində də belə hallar qanunsuz sayılır və heç bir ölkədə milli telekanallarda xarici televiziyalar yayımlanmır. Xarici telekanallar yalnız peyk, kabel vasitəsilə yayımlanmalıdır: "Ona görə də Teleradio Şurası 1 yanvar 2007-ci il tarixdən etibarən xarici teleradioların Azərbaycanda yerli kanallarda yayımını dayandırmaq barədə qərar çıxarıb"-deyə N.Məhərrəmli qeyd edib.

N.Məhərrəmlinin sözlərinə görə, xarici teleradio kanallarının lisenziya dəyərini müəyyənləşdirmək barədə Nazirlər Kabinetinin hələ də bir qərarı yoxdur.

Xəbər lenti

Xəbər lenti