...

"Olimpik" futbol klubunun hücumçusu Azərbaycan çempionatının bombardir yarışında ikinci yerə çıxıb

Cəmiyyət Materials 14 Dekabr 2006 17:37 (UTC +04:00)

"Olimpik" futbol klubunun hücumçusu Xaqani Məmmədov Azərbaycan çempionatının bombardir yarışında ikinci yerə çıxıb.

Trend in verdiyi xəbərə görə, ölkə birinciliyində, "Şahdağ"a qarşı təxirə salınmış matçda hücumçu tərəfindən vurulmuş üç qol ona "ən yaxşı qolvuran" adına əsas namizədlərdən biri olmağa imkan verib. İndi Xaqaninin aktivində səkkiz qol var və o, cədvəlin lideri "Xəzər"dən olan Zaur Ramazanovdan yalnız bir qolla geridə qalır.

Ən yaxşı hücumçu siyahısında üçüncü sətirdə "Neftçi"dən qarşı tərəfin qapısından yeddi dəfə top keçirmiş Georgi Adamiyadır. Xatırlaladaq ki, ölkə çempionatının birinci dövrəsinin bitməsilə komandalar qış tətilinə çıxır və meydana ancaq fevralda çıxacaqlar.

Xəbər lenti

Xəbər lenti