...

Azərbaycan zəvvarlarının son qrupu Səudiyyə Ərəbistanını gələn həftənin ortalarından gec olmayaraq tərk edəcəklər

Cəmiyyət Materials 11 Yanvar 2007 11:36 (UTC +04:00)

Azərbaycan zəvvarlarının son qrupu Səudiyyə Ərəbistanını gələn həftənin ortalarından gec olmayaraq tərk edəcəklər. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

Hava yolu ilə ziyarətə yollanmış zəvvarlar artıq yanvarın 7-dən başlayaraq qruplarla evə qayıdırlar. Ciddədən növbəti təyyarənin bu gecə enməsi gözlənilir. İdarədən verilən məlumata görə, bütün zəvvarlar özlərini yaxşı hiss edirlər.

QMİ həmçinin zəvvarlar üçün ziyarətlər təşkil etmək üçün xüsusi lisenziyaları olan özəl turist şirkətləri tərəfindən ziyarətə yola salınmış zəvvarların da sağ-salamat geri qayıtmasını diqqətdə saxlayır.

Xatırladaq ki, avtobusla ziyarətə yola düşmüş zəvvarlar artıq bu həftə qayıdıblar.

Xəbər lenti

Xəbər lenti