...

Azərbaycan penitensiar xidmətində məhkumların saxlanmasında kamera rejiminin tətbiq edilməsinin səmərəliliyi məsələsi müzakirə edilir

Cəmiyyət Materials 2 Fevral 2007 16:45 (UTC +04:00)

Azərbaycan Milli Məclisində təkliflər paketinə bütün məhkumların kamera rejimində saxlanması məsələsi daxil edilə bilər. Bu barədə Trend ə Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar xidməti qərargahının rəisi Musa Hümbətov bildirib. Məlum olduğu kimi, keçən ildən PX rəhbərliyi məhkumların ayrıca kameralarda saxlanmasının səmərəliliyi barədə məsələni müzakirə edir. Lakin bunun həm mənfi, həm də müsbət tərəfləri var. Kamera rejiminin tətbiqi ilə məhkumların saxlanılmasının təhlükəsizliyi də artır, lakin bu cür struktur dəiyşməsi dövlətə baha qiymətə başa gəlir. Belə ki, mövcud müəssisələrdə bu dəyişikliyə nail olmaq üçün maliyyələşmə lazımdır. Avropada bu cür bir müəssisənin saxlanması 50 min dollara başa gəlir.

Xəbər lenti

Xəbər lenti