...

Azərbaycan ombudsmanı 9 saylı cəzaçəkmə müəssisəsində olub

Cəmiyyət Materials 14 Mart 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 9 saylı cəzaçəkmə müəssisəsində olub. Müvəkkil həmin müəssisədə cəza çəkən və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum A. Babayevin barəsində olan şikayətin araşdırımaq məqsədilə müəssisəyə baş çəkib.

Şikayətin araşdırılması zamanı məhkumun atası və bacısı, Penitensiar Xidmətin məsul işçisi və müəssisənin əməkdaşları iştirak edib. Şikayətçilər müəssisədə baş verən pozuntularla bağlı Müvəkkilə məlumat verib.

Ombudsman məsələnin obyektiv araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün ədliyyə nazirinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti