...

Gəncədə gənclər arasında ruhi xəstəliklər artıb

Cəmiyyət Materials 15 Mart 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə Psixoterapiya Xəstəxanasında müalicə olunan xəstələrin əksəriyyəti 18-30 yaşlı gənclərdir. Bu barədə məlumatı xəstəxananın baş həkimi İlham İbrahimov verib.

Hazırda xəstəxanada 158 xəstə müalicə olunur. Onlardan təxminən 45 %-i şizofreniyadan əziyyət çəkir. Son illər psixiki xəstəliklərdən olan şizofreniya gənclər arasında geniş yayılıb.

İbrahimovun sözlərinə görə, bu ilin 2 ayı ərzində xəstəxanaya 107 xəstə gətirilib. 2006-cı ildə xəstəxanada müalicə olunanların ümumi sayı 496-ya çatıb.

Xəbər lenti

Xəbər lenti