...

Bodibildinq üzrə dördqat dünya çempionu Azərbaycan yığmasına qayıtdı

Cəmiyyət Materials 5 Aprel 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Bodibildinq üzrə dördqat dünya çempionu Tahir Faxrutdinov may ayının əvvəllərində Bakıda keçiriləcək bodibildinq, bodifitnes və qarışıq cütlər üzrə Avropa birinciliyində iştirak edəcək.

Trend ə verilən məlümata görə, 2001-ci ildə idmançı komandanın heyətində Avropa və dünya çempionu fəxri adlarını qazanıb. Bundan əvvəl və sonra isə Rusiyanın bayrağı altında çıxış edib. Mühüm yarışa hazırlaşan Anatolu Məsimov (65 kq), Yalçin Məmmədov (70 kq), Vüqar Verdiyev və Mahmud Savalan (hər ikisi 85 kq), Məhəmməd Paşayi və Rövşən Quliyev (hər ikisi 90 kq) də komandanın heyətinə daxil olublar. Bodifitnesdə 170 sm-dək kateqoriyada (dərəcədə) Azərbaycanı Fərhad Quliyev və Elmar Abdullayev təmsil edəcək, 178 sm-dək kateqoriyada olan idmançılar arasında isə Elbəy Osmanov öz gücünü yoxlayacaq.

Qeyd etmək lazımdır ki, meydan sahibləri hər bir kateqoriyada yüksək yerlərə ümid edə bilərlər.

Xəbər lenti

Xəbər lenti