...

Əsir götürülmüş Azərbaycan əsgəri barəsində cinayət işi məhkəməyə göndəriləcək

Cəmiyyət Materials 5 Aprel 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ermənilər tərəfindən ötən ilin dekabrında əsir götürülmüş Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevin barəsindəki cinayət işinin istintaqı yekunlaşıb. Hazırda təqsirləndirilən və vəkili cinayət işinin materialları ilə tanış olur. Yaxın günlərdə cinayət işinin materialları baxılmaq ücün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndəriləcək. Bu barədə Trend ə Hərbi Prokurorluqdan məlumat verilib.

Qaracayev barəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi cəkmə qaydalarını pozma) maddələri ilə cinayət işi acılıb.

Balakən rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə cağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir düşüb. O, dekabrın 23-də əsirlikdən azad edilib.

Xəbər lenti

Xəbər lenti