...

"Barmek"in işi üzrə hazırlıq iclası yekunlaşdı

Cəmiyyət Materials 19 Aprel 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bu gün hakim Sədrəddin Hacıyevin sədrliyi ilə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin daha 7 əməkdaşı barəsindəki cinayət işi üzrə hazırlıq iclası davam etdirilib. Məhkəmədən cümə axşamı bildirilib ki, Arabulun vəkili Abbas Atakişiyev "Barmek"in prezidenti və əməkdaşlarına qarşı qaldırılmış cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Həmçinin iclasda təqsirləndirilən şəxslərə elan olunmuş Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsinə xitam verilməsini və ya işin yenidən araşdırılması üçün Baş Prokurorluğa qaytarılmasını tələb edib.

Şirkətin prezidenti əməllərində heç bir cinayət tərkibi olmadığını bildirib və özünü bu ittihamlar üzrə təqsirli bilməyib.

Məhkəmə vəsatətləri müzakirə etdikdən sonra onların təmin olunmaması barədə qərar qəbul edib. Hazırlıq iclası bu gün yekunlaşıb və iş üzrə məhkəmə baxışı aprelin 30-a təyin olunub.

Şirkətin prezidenti Hüseyn Arabul , vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele-mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti